Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yaponiya və Səudiyyə Ərəbistanı xüsusi iqtisadi zona yaradacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya və Səudiyyə Ərəbistanı xüsusi iqtisadi zona yaradacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Yaponiya və Səudiyyə Ərəbistanı liderlərinin əldə etdiyi razılaşmaya əsasən, Tokio Ər-Riyada otuzadək layihənin reallaşması üçün xüsusi iqtisadi zonanın yaradılmasına kömək edəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

 

Martın 13-də Baş nazir Şinzo Abe və Yaponiyada rəsmi səfərdə olan Kral Salman 2016-cı ilin oktyabrında iki ölkənin nazirləri səviyyəsində Ər-Riyadda başlanan danışıqları davam etdiriblər.

 

Məlumatda qeyd edilir ki, əldə edilən razılaşma Səudiyyə Ərəbistanının iqtisadiyyatının şaxələndirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, həyata keçiriləcək layihələrdə həm dövlət, həm də özəl şirkətlər iştirak edəcəklər.

 

Həmin ərəfədə JİJİ PRESS agentliyinin yaydığı məlumata görə, Yaponiya infrastrukturun, səhiyyənin, turizmin və bərpa olunan enerji mənbələrinin inkişafı üçün Səudiyyə Ərəbistanına yardım təqdim etməyə hazır olduğunu bildirib.

 

Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi iqtisadiyyatı neft ixracından asılı olan Səudiyyə Ərəbistanında maliyyə problemləri yaradıb və ölkə rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi barədə qərar qəbul edib.

 

© Azərtac

13.03.2017 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ