Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Vergilər Nazirliyinin departament rəhbəri dəyişib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyinin departament rəhbəri dəyişib - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Vergilər nazirinin əmri ilə nazirliyin strukturunda Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb.

 

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, yeni departament vergi orqanları və yerli strukturlar arasında koordinasiyanı təmin edəcək. Departamentin tərkibində Əlaqələndirmə, İdarəetmə, Monitorinq və Qiymətləndirmə şöbələri fəaliyyət göstərəcək ki, onlar Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsinin təmin edilməsi, vergi əməletməsi üzrə fəaliyyətin kompleks təhlili istiqamətində və s. funksiyaları icra edəcək.

 

Yeni yaradılmış departamentin baş direktoru vəzifəsinə vergilər nazirinin müşaviri İlqar Əhmədov təyin edilib.

 

XXX

 

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

 

Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub.

 

Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.

 

© APA

13.03.2017 06:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ