Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması şərtləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması şərtləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması 2020-ci ildən tez mümkün olmayacaq".

 

Reklam_3_11

Bu barədə “Azərbaycan-Ərəb Ölkələrinin Əməkdaşlığı” İctimai Birliyinin (AACC) icraçı direktoru Yalçın Əliyev bildirib.

 

Onun sözlərinə görə, fond üçün vəsaitlərin konsolidasiyası ilə bu təşəbbüslə çıxış edən və müxtəlif mənbələrdən 200-300 milyon ABŞ dolları məbləğində ərəb sərmayəsi cəlb etməyə hazır olan Bəhreynin BCNG maliyyə şirkəti məşğul olacaq.

 

"İnvestisiya fondunun yaradılması üçün ilk növbədə Azərbaycan və Bəhreyn arasında qarşılıqlı investisiyaların qorunması üzrə hökumətlərarası saziş imzalamaq lazımdır. Hazırda saziş layihəsi Bəhreyn tərəfindən təsdiqlənmə mərhələsindədir", - AACC-nin icraçı direktoru deyib.

 

Y.Əliyev qeyd edib ki, fond kapitalda iştirak etməklə kiçik və orta müəssisələrə investisiya qoymağı planlaşdırır: "İnvestisiya əsasən nou-hau, İT-sektor, turizm, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı sahələrinə qoyulacaq. İnvestorlar arasında startap layihələrlə maraqlananlar da ola bilər".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

12.06.2019 10:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ