Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azarkeşlər üçün qonaqpərvərlik paketlərinin qiymətləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azarkeşlər üçün qonaqpərvərlik paketlərinin qiymətləri açıqlandı

Futbol üzrə 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün rəsmi qonaqpərvərlik paketlərinin qiymətləri açıqlanıb.

 

Paketlər üç müxtəlif kateqoriyaya bölünüb. Bunlar "The Suite" (şəxsi kabinetlər), "The Lounge" (Biznes zalları) və "The 2020 Club" (Rahat şəraitli klublar) adlanır.

 

"The Suite" və "The Lounge" 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər "The 2020 Club" paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər. Bu qiymətlər yalnız Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərinə aiddir. Əvəzində Budapeşt və Buxarestdə ən ucuz "qızıl paket" 1200 avroya, Bakıda isə 1400 avroyadır.  

 

Qeyd edək ki, AVRO-2020 üçün bilet satışının ilk mərhələsi bu gündən iyulun 12-dək keçiriləcək. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub. Bu şəhərlərdəki matçalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

12.06.2019 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ