5,5 milyard manatın leqallaşdırılmasında təqsirləndirilənlərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Rüfət Vəliyev 15 il, Malik Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onlar Cinayət Məcəlləsinin (CM) 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları və ya digər əmlakı leqallaşdırma), 313 (vəzifə saxtakarlığı) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələrilə təqsirli bilinib.

 

Qeyd edək ki, prokuror çıxışında hər iki şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. M.Əliyev eyni cinayət əməlinə görə, 2016-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edildiyi üçün, əvvəlki cəzası qismən toplanmaqla cəza təyin edilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report"

12 İyun 2019 , 17:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin