Bank VTB Bakıda yeni bankomatlar quraşdırıb

Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində yeni bankomatlar quraşdırıb.

 

Bankın yaydığı məlumatda bildirilir ki, ATM-lər şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşdirilib:

 

-Azadlıq pr. 49 (Neft və Sənaye Universiteti yaxınlığında);

-Ü.Hacıbəyov küç., 6,8 (Xəqani parkı yaxınlığında).

 

Bundan başqa, bank VTB (Azərbaycan) “Əcəmi” və “Neftçilər” filiallarında, eləcə də Müştəri xidmətləri mərkəzində nağd pul vəsaitinin qəbulu üçün Cash-in funksiyalı bankomatlar quraşdırıb.

 

Bununla da VTB (Azərbaycan) bankomatlarının ümumi sayı 19-a çatıb.

 

Həmçinin bank VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankomat şəbəkəsindən də istifadə edə billər. Belə ki, müştərilər NIKOIL | Bank, Bank of Baku və AzerTurkBank kimi bankların ATM xidmətlərindən əlavə komissiyasız yararlana bilər.

12 İyun 2019 , 17:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin