Dünyanın ən təsirli 2 liderindən ticarət müharibələri xəbərdarlığı

İqtisadiyyatda dünyanın ən təsirli liderləri, artan ticarət müharibələrinə dair xəbərdarlıq ediblər.

 

"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının sədri Mario Draghi və Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard ABŞ ilə Çin arasında davam edən və Avropaya da əks olunan ticarət müharibəsinin digər ölkələri təhdid etdiyini və vəziyyətin daha da pisə gedə biləcəyini qeyd ediblər.

 

Orta, Şərqi və Cənub-Şərqi Avropa ölkələri (CESEE) 8-ci Avropa Mərkəzi Bankı Konfransında danışan Laqard "Qlobal əməkdaşlığın və çox tərəfli həllərin azaldığı dövrdə bir araya gəldik. Qlobal iqtisadi artım 6 ildən uzun müddətdir təzyiq altındadır və ən böyük iqtisadiyyatlar yeni ticarət baryerləri qoymaq barıdı təhdid edir. Bu, hamımıza daha geniş miqyasda təsir edə bilər" ifadələrini istifadə edib.

 

Draghi də ABŞ-ın Avropadan idxal edilən avtomobillərə istiqamətlənmiş əlavə gömrük vergiləri təhdidlərinin xüsusilə avtomobil istehsalının mərkəzi olan Çexiya Respublikası, Slovakya, Polşa və Rumıniyanı kövrək hala gətirəcəyini dilə gətirib.

 

Qlobal ticarətin son dövrdə ticarəti məhdudlaşdıran tədbirlərin artması ilə çətinliklər yaşadığını qeyd edən Draghi, Orta və Şərqi Avropa iş modellərinin beynəlxalq ticarət və maliyyə şərtlərdəki şoklara bağlı olaraq kövrəkləşdiyini ifadə edib.

 

Draghi, bəzi CESEE ölkələrindəki avtomobil ixracatlarının cəmi ixracatın 30%-ni təşkil etdiyini, xüsusilə söz mövzusu ölkələrin ABŞ Prezidenti Donald Trampın Avropadan idxal edilən avtomobil və avtomobil ehtiyatı hissələrinə əlavə gömrük vergisi tətbiq edəcəyi təhdidindən təsirlənə biləcəyini vurğulayıb. 

12 İyun 2019 , 18:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin