Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Huawei” şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Huawei” şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

Çinin “Huawei” şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıqda maraqlıdır.

 

Reklam_3_11

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, iyunun 12-də Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Huawei” şirkətinin Qlobal Hökumət işləri üzrə vitse-prezidenti Steven Şenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir.

 

Azərbaycan gömrüyünün qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacağını bildirən komitə sədri bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb.

 

S.Mehdiyev Dövlət Gömrük Komitəsinin 2 il ərzində ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyini, bu missiyanı yerinə yetirərkən prioritet istiqamətlərdən birinin də blokçeyn texnologiyalarının gömrük sistemində tətbiqi olacağını qeyd edib. O, “Huawei” şirkəti ilə bu görüşün IT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.

 

“Huawei” şirkətinin təmsilçisi S.Şenq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb.

 

Blokçeyn texnologiyalarının, eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən S.Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin IT texnologiyaları sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiyini də qeyd edib.

13.06.2019 05:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ