Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft gecə daha da ucuzlaşıb - AZƏRBAYCAN ÜÇÜN KRİTİK SƏVİYYƏDƏN AŞAĞI DÜŞDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft gecə daha da ucuzlaşıb - AZƏRBAYCAN ÜÇÜN KRİTİK SƏVİYYƏDƏN AŞAĞI DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özəl sektor məlumatlarının ABŞ-da xam neft ehtiyatlarının təxminən iki ilin ən yüksək səviyyəsinə qalxdığını göstərməsi, ABŞ və Çin arasındakı ticarət anlaşılmazlığının davam etməsi ilə əlaqədar olaraq neft qiymətləri düşür.

 
"Marja" xəbər verir ki, Amerikan Neft İnstitutu (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4.85 milyon barel artıb.  


ABŞ Prezidenti Donald Tramp, Pekinin bu ilin əvvəlində müzakirə edilən maddələrə geri dönənə qədər Çin ilə bir ticarət razılaşması etməyəcəklərini söyləyib. 

 

Bakı vaxtı ilə saat 07:35-ə olan məlumata görə, Brent nefti 4,1% ucuzlaşma ilə 59,83, ABŞ xam nefti isə 4,3% ucuzlaşma ilə 51,05 dollardan alıcı tapıb. 

 

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Nəzərdə tutulan proqnozların reallaşması və gəlirlərin əldə edilməsi üçün neft əna azı 60 dollar olmalıdır. 

 

Neft qiymətləri, ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsinin neftə tələbi azaltmasının təsiri ilə Aprel sonlarından bu yana 20%-dən çox düşüb. 

 

Birləşmiş Ərəb Əmrliklərinə görə, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları, növbəti yığıncağın tarixini təyin etməkdə çətinlik çəkirlər. Buna qarşı, istehsalın azaldılması sazişini uzatmaq mövzusunda razılaşmaya  çox yaxındırlar.   

13.06.2019 05:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ