"Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq"

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamaların və vergi yükünü azaldılmasında özünü göstərir".

 

Bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycan Vergilər naziri Mikayıl Cabbarov deyib.

 

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb:

 

"Biz bu tendensiyanı 5 ayda qoruyub saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib".

 

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq:

 

"Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".

 

Nazir həmçinin qeyri şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına da mənfi təsir etdiyini qeyd edib:

 

"Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə birinci yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. İlin əvvəlində isə bu rəqəm 96 min olub. Bu isə 70%-dən çox artım deməkdir".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report 

13 İyun 2019 , 11:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin