OPEC-in istehsalı azalıb
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı May ayında Aprel ayı ilə müqayisədə 236 min barel azalaraq 29 milyon 880 min barel təşkil edib.
"Marja" OPEC-in May ayı məlumatlarına dair neft bazarı hesabatına istinadən xəbər verir ki, keçən ay qlobal neft hasilatı bir əvvəlki ayla müqayisədə gündəlik 40 min barel artımla təxminən 98 milyon 260 min barelə yüksəlib.
Mayda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 270 min barel artaraq 68 milyon 390 min barelə qalxıb.
OPEC-in gündəlik xam neft istehsalı Mayda 236 min barel azalaraq 29 milyon 880 min barelə enib. Beləcə OPEC-in cəmi qlobal neft hasilatında payı 30,4% təşkil edib.
Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Anqola və Qabon olub.
İraqda gündəlik istehsal 94 min barel artımla 4 milyon 724 min barelə yüksəlib. Anqolada gündəlik xam neft istehsalı 74 min barel artaraq 1 milyon 471 min barelə, Qabonda 23 min barel artaraq 221 min barelə qalxıb.
Mayda gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma İran, Nigeriya və Səudiyyə Ərəbistanıda yaşanıb.
İranda gündəlik istehsal 227 min barel geriləyərək 2 milyon 370 min, Nigeriyada 92 min barel azalaraq 1 milyon 733 min, Səudiyyə Ərəbistanında isə 76 min barel azalaraq 9 milyon 690 min barelə enib.
QLOBAL NEFT TƏLƏBİ
OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 140 min barel artımla gündəlik 99 milyon 870 min barel olacaq. Əvvəlki proqnozlarda qlobal neft tələbinin gündəlik 100 milyon bareldən yüksək olacağı gözlənilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
1 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 3 saat əvvəl