Bəsrə Körfəzində neft tankerlərinə hücumlar qorxuları artırdı

Bəsrə Körfəzi girişində 2 neft tankerinə şübhəli hücumlar ABŞ ilə İran arasındakı anlaşılmazlığın artacağı qorxularını gücləndirib.

 

"Marja" xəbər verir ki, iki neft tankeri Bəsrə Körfəzi girişi yaxınlarında təşkil edildiyi deyilən hücumlar nəticəsində ziyan görüb. Bu vəziyyət, ABŞ və İran arasında müharibənin olmaması üçün diplomatik səylərin müvəffəqiyyətsizliyə uğrayacağı qorxularını artırıb. Bunun nəticəsində neft qiymətləri kəskin yüksəlib. 

 

Bundan öncə Hörmüz boğazında gəmilərə hücum edilmişdi. Dünyanın dəniz yolu ilə neft nəqlinin 40%-i bu boğazdan reallaşır. 

 

Hadisə, həm ABŞ Prezidenti Donald Tramp, həm də İranlı liderlərin dostu olan Yaponiyanın Baş naziri Shinzo Abe-nin gərginliyi azaltmaq məqsədli İran səfəri əsnasında baş verib. 

 

"London School of Economics"in Orta Şərq siyasəti professoru Fawaz Gerges, "Qəti bir dəlil olmasa da, ABŞ və müttəfiqləri barmaqlarını İrana çevirəcəklər" deyib və "Bu hadisələr olduqca pis əlamətdir və  gərginliyin artdığına işarə edir" deyib.

 

İki ölkə arasındakı gərginlik, ABŞ Prezidenti Donald Trampın May ayı əvvəlində İranın neft ixracına sanksiyaları bərpa etməsinin ardından daha da artıb.  

13 İyun 2019 , 16:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin