“Expresspay” uğurlu fəaliyyətinin 5-ci ilini qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Expresspay” uğurlu fəaliyyətinin 5-ci ilini qeyd edir

(®) Hər zaman müştərilərin rahatlığını düşünən, rəqəmsal texnologiyaları tətbiq edərək alternativ satış kanallarının inkişafı istiqamətində müxtəlif fəaliyyəti ilə seçilən Azərbaycanın aparıcı banklarından biri Expressbank bu il bu istiqamətdə aparılan öz uğurlu layihələrindən biri Expresspay ödəmə sisteminin fəaliyyətinin 5 –ci ilini qeyd etdi.

 

Reklam_3_11

 “ExpressPay” ödəniş sistemi müştərilərə təqdim etdiyi unikal xidmətlərlə bankın 2018- ci ilin hesabatına əsasən dövriyyəsini iki dəfə artırmışdır və bununla 5 il ərzində bu sistem özündə 300-dən çox müxtəlif onlayn xidmətləri uğurla birləşdirib müştərilərin istifadəsinə təqdim etmişdir.

 

 “Expresspay” ödəniş terminallarının sayı 700-ü keçərək ölkəmizin ən ucqar rayonlarında da quraşdırılaraq,  müştərilərin artan ödəniş tələbatlarını rahat və operativ şəkildə 24/7 rejimdə təmin etmişdir.

 

5 illik fəaliyyəti müddətində müştərilərin rahatlığı üçün https://expresspay.az/ ödəniş portalını və mobil tətbiqini istifadəçilərə təqdim edən Expresspay ödəniş terminallarını, mobil tətbiqi və elektron pul kisəsini özündə birləşdirən yeganə ödəniş sisteminə çevrilmişdir.

 

Expressbank 2018- ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanmışdır. Bu uğurun əldə olunmasında nağdsız ödənişlərin inkişafının təbliğinə dəstək verən, geniş şəbəkəyə malik olan “Expresspay” layihəsi xüsusi rol oynamışdır.

 

Bununla kifayətlənməyərək “Expresspay” ödəniş sistemi müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün ödəniş terminallarının xidmətlərinin inkişafı  və artımı istiqamətində addımlar atmaqda davam edir.

 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

13.06.2019 14:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ