Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AQTA-ya yeni səlahiyyətlər verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AQTA-ya yeni səlahiyyətlər verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyinin səlahiyyətləri artırılıb. 

 

 “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilib.

 

Sərəncama görə, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişikliklər edilir.

 

Sərəncamın 6-cı bəndinə edilmiş dəyişikliyə görə, AQTA-ya ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etmək və ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etmək səlahiyyətləri verilib.

 

Bundan əlavə həmin sərəncamın müvafiq olaraq 2.4 və 2.5-ci madələrinə də əlavələr edilib. Əlavələrə görə, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış olduğu halda Dövlət Gömrük Komitəsi malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etməli, malların gömrük ərazisinə buraxılışını həyata keçirməlidir.

13.06.2019 16:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ