Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2 tankerin vurulması ilə bağlı ABŞ-dan açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 tankerin vurulması ilə bağlı ABŞ-dan açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Hərbi Qüvvələr Komandirliyi (CENTCOM), Oman Körfəzində hədəf alınan iki neft tankerinə dair açıqlama yayıb.

 

Açıqlamada, hücumun "Beynəlxalq ticarət və dəniz nəqliyyatına təhdid" olduğu qeyd edilib.

 

"Orta Şərqdə yeni bir qarşıdurmanın arxasında deyilik. Mənfəətlərimizi qoruyacağıq. İran ilə vuruşmaq nə strateji mənfəətlərimizin, nə də beynəlxalq cəmiyyətin faydasınadır",- açıqlamada deyilir.

 

Açıqlamada qeyd edilib ki, artıq ABŞ-ın "USS Bainbridge" gəmisi tankerlərdən birinin yaxınlığındadır və gəmiyə bir hücum qarşılıqsız qalmayacaqdır. Həmçinin  "USS Mason" gəmisinin də bölgədə olduğu qeyd edilib. 


ABŞ-ın Xarici işlər naziri Mike Pompeo dünən iki tankerin vurulduğu hücuma görə İranın məsuliyyət daşıdığını açıqlamışdı.

14.06.2019 06:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ