Ən yuxarı (mobil)-2_30

"İkinci karbamid zavodunun daha ucuz başa gələcəyini gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İkinci karbamid zavodunun daha ucuz başa gələcəyini gözləyirik"

Azərbaycanda ikinci karbamid zavodunun tikintisi 640-650 mln. avroya başa gələ bilər. Bu barədə bu gün jurnalistlərə “SOCAR Carbamid Plant”ın baş direktoru Xəyal Cəfərov məlumat verib.

 

Reklam_3_11

"Biz Sumqayıtda ikinci karbamid zavodunun tikintisinin birinci zavodla müqayisədə 20-25% ucuz başa gələcəyini gözləyirik. Onun dəyəri təxminən 640-650 mln. avro ola bilər", - deyə X.Cəfərov  bildirib.

 

Onun sözlərinə görə, bu, layihənin vergidən azad edilməsi və hər iki zavodun vahid ümumzavod təsərrüfatına malik olması hesabına mümkün olacaq.

 

"İkinci karbamid zavodu birinci zavodla tam eynilik təşkil edəcək. Biz görürük ki, karbamidə böyük tələbat var. Mövcud zavodun potensialının modernizasiya yolu ilə artırılması mümkün olmadığından onun yaxınlığında analoji müəssisəsinin yaradılması qərara alınıb​", - deyə baş direktor bildirib.

 

Onun sözlərinə görə, hər iki zavod vahid idarəetmə sisteminə malik olacaq. Yeni layihənin daha dəqiq dəyəri injinirinqdən sonra müəyyən ediləcək.

 

"Türkiyənin “Tekfen” şirkəti ilə yeni zavodun tikintisinə dair memorandum artıq imzalanıb və hazırda tərəflər bu layihənin həyata keçirilməsi üzrə danışıqlar aparırlar", - deyə X.Cəfərov əlavə edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "İnterfaks-Azərbaycan" 

14.06.2019 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ