Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ Oman körfəzində tankerlərə hücumlara görə İranı günahlandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Oman körfəzində tankerlərə hücumlara görə İranı günahlandırdı

ABŞ rəhbərliyi, dünən Oman körfəzində Yaponiyaya gedən iki neft tankerinə edilən hücumlara görə İranı günahlandırıb.
 

"Marja" xəbər verir ki, ABŞ Xarici işlər naziri Mike Pompeo, Nazirlikdə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.
 

Reklam_3_11

İranın uzun zamandır Hörmüz Boğazındakı neft nəqlini sabotaj etdiyini, indi isə hər nöqtədə bənzər hücumları etdiyini iddia edən Pompeo, son 2 aydır İran tərəfindən ardıcıl hücumlar həyata keçirildiyi bildirib.
 

Pompeo, İranın Oman Körfəzindəki iki neft tankerinə edilən son hücumlara görə də məsuliyyət daşıdığını bildirib:


 
"Əlimzdəki kəşfiyyat məlumatları hücumu etmək üçün istifadə edilən silahlara və peşəkarlığa baxanda İranın məsul olduğunu görürük. Bölgədə bu mürəkkəb hücumu təşkil edəcək qabiliyyətə malik hər hansı bir qrup yoxdur. Bu hücum İranın ABŞ və tərəfdaşlarına qarşı keçirdiyi təhlükəli hücumlardan yalnız bir dənəsidir. Bu provokasiya edici hücumlar, dəniz nəqliyyatı ilə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə açıq təhdid yaradır".
 

Yaponiya gəmilərin hücuma məruz qaldığını bildirmişdi

 
Oman Körfəzində dünən səhər saatlarında iki böyük neft tankerində partlayışlar olmuşdu. Tankerlərdə 44 nəfərlik ekipaj, İran xilasetmə qrupları tərəfindən xilas edilərək, İranın Hörmüzgan əyalətinə bağlı Cask Limanına aparılmışdı.

14.06.2019 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ