Nazirlik 50 avtomobili payladı
Cari ilin ötən dövründə Qarabağ müharibəsi əlillərinə artıq 150, indiyədək 6300-dək avtomobil verilib
15 İyun – Milli Qurtuluş günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 ədəd “Xəzər” markalı minik avtomobili təqdim edilib.
Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş günü münasibətilə təbrik edib.
H.Abdullayev vurğulayıb ki, 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.
Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
2 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
5 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib