Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Agentliyi 2 milyon manata yaxın zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyi 2 milyon manata yaxın zərər açıqladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2018-ci ili 1 milyon 812 min manat xalis zərər ilə başa vurub.

 

Reklam_3_11

“Marja” Agentliyin illik hesabatına istinadən xəbər verir ki, ötən il Dövlət Dəniz Agentliyinin cəmi gəlirləri 2 milyon 381 min manat, cəmi xərcləri isə 4 milyon 193 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Agentliyin zərəri yaranıb.

 

Həmçinin, ötən il Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin cəmi gəlirləri 2 milyon 474 min manat, cəmi xərcləri isə 2 milyon 650 min manat təşkil edib. Nəticədə Mərkəz ötən ili 176 min manat zərər ilə bağlayıb.

 

Bundan başqa, ötən il “Nəqliyyat və Texniki –Təminat İdarəsi” publik hüquqi şəxsin cəmi gəlirləri isə 1 milyon 817 min manat, cəmi xərcləri isə 4 milyon 261 min manat təşkil edib. Nəticədə 2 milyon 444 min mnat zərər yaranıb.

14.06.2019 11:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ