Ən yuxarı statik reklam-3_3

Baş nazirin müavini: Bazarlara keyfiyyətsiz dərmanlar daxil olur - MÜŞAVİRƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş nazirin müavini: Bazarlara keyfiyyətsiz dərmanlar daxil olur - MÜŞAVİRƏ

Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.

 

Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

 

Ə. Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu qərara qədər dərmanlar maya dəyəri ilə müqayisədə baha satılırdı:

 

“Bu da əhalinin büdcəsinə mənfi təsir göstərirdi. Qərarda sahibkarların da maraqları nəzərə alınıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var. Hökumətin qərarına bu cür sui-istifadə halları ilə kölgə salınmamalıdır”.

 

Ə. Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir: “Dərmanların keyfiyyətin yoxlanılması ən vacib məsələdir. Çünki dərmanların keyfiyyətini əhali özü yoxlaya bilmir”.

 

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. Ə. Əhmədov bu müəssisələrin nümayəndələrinə öz tövsiyələrini də verib.

16.12.2016 09:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ