AFBİA nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

® 13 iyun 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) nümayəndələri Cbond-Konqresin təşkilatçılığı ilə keçirilmiş “XVI MDB, Baltikyanı Qafqaz Regionu üzrə İstiqraz Konqresi”ndə iştirak edib.

 

Konqres zamanı AFBİA nümayəndələri müxtəlif təqdimatlarla çıxış edərək, ölkəmizin istiqraz bazarı, o cümlədən investisiya imkanları, qiymətli kağızlar bazarının infrastrukturu, cari vəziyyət, görülmüş tədbirlər və nəzərdə tutulan yeniliklər barəsində dünyanın müxtəlif ölkələrindən konqesə qatılan iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Konqresin gündəliyinə uyğun olaraq, iştirakçıların sualları cavablandırılmışdır.

 

Bu dəfəki Konqresdə ölkəmizi AFBİA İdarə Heyətinin sədri Ceyhun İbrahimov, həmçinin Bakı Fond Birjası, İnvestAZ İ.Ş., Unicapital İ.Ş. və Paşa Kapital İ.Ş.-dən nümayəndələr təmsil etmişdir.

 

Qeyd edək ki, “MDB, Baltikyanı Qafqaz Regionu üzrə İstiqraz Konqresi” hər il mütəmadi olaraq, regionun müxtəlif şəhərlərində Cbond-Konqres təşkil olunur. 13-14 iyun tarixlərini əhatə edən bu ilki Konqres isə Batumidə keçirilmişdir. Ümumilikdə, Konqresin keçirilməsində əsas məqsəd regionun borc bazarındakı mövcud durumu, prespektivləri və investisiya imkanlarını müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən peşəkarları, investorları bir yerə toplamaqdır.

14 İyun 2019 , 14:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin