Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Mətanət A” şirkətində daha bir humanitar aksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkətində daha bir humanitar aksiya

(®) Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır. Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.

 

Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub.

 

Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın  əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

 

Qeyd edək ki, bu “Mətanət A” şirkətində ilk qanvermə aksiyası deyil. Bu kimi tədbirlər şirkətdə davamlı olaraq keçirilir. Şirkət  Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman sosial-humanitar layihələrin tərkib hissəsi olmaqla öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcək.

 

2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir  texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

14.06.2019 14:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ