Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Turizm xidmətlərinin dövriyyəsində kəsir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm xidmətlərinin dövriyyəsində kəsir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 1-ci rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 672 milyon dollar təşkil etmişdir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, 2019-cu ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansında bildirilir.

 

Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın həcmi 352 milyon dollar, ixracın həcmi isə 319 milyon dollar təşkil etmişdir (Nəticədə 33 milyon dollar kəsir yaranıb).

 

2019-cu ilin I rübü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1.2 milyon  nəfər, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 610.8 min nəfər olmuşdur.

 

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 80%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

 

Xəbər verdiyimiz kimi, 2019-cu ilin I rübü üzrə tədiyə balansıda 1.6 mlrd. dollar profisit yaranıb. Ümumi profisiti həm neft qiymətinin yüksək olması,həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır.

 

14.06.2019 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ