Azərbaycanın xidmətlər balansındakı kəsir artıb
2019-cu ilin 1-ci rübündə Azərbaycanın xidmətlər balansındakı kəsir artıb.
"Marja" xəbər verir ki, bu, 2019-cu ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansında bildirilir.
"2019-cu ilin 1-ci rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.1 mlrd.dollar təşkil etmişdir. Bunun 1.3 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.8 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ötən ilin müvafiq dövrünə nəzərən 0.6% artaraq 500.4 mln. dollar olmuşdur".
Xəbər verdiyimiz kimi, 2019-cu ilin I rübü üzrə tədiyə balansıda 1.6 mlrd. dollar profisit yaranıb. Ümumi profisiti həm neft qiymətinin yüksək olması,həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl