Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avtomobil idxalında "qaza basılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil idxalında "qaza basılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin Yanvar- May ayları ərzində Azərbaycana 15 min 585 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-May dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin Yanvar-May  dövründə ölkəmizə 7 min 294 nəqliyyat vasitəsi idxal olunmuşdu.

 

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında isə 3 min 890 ədəd nəqliyyat vasitəsi idxal edilib.  

 

O cümlədən, 2019-cu ilin Yanvar-May aylarında 14 min 170 ədəd minik avtomobili, 70 ədəd avtobus, 1 274 ədəd yük avtomobili və 71 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-May dövründə  6 min 464  ədəd minik avtomobili, 37 ədəd avtobus, 743 ədəd yük avtomobili və 50ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

14.06.2019 17:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ