Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qazax Sement Zavodunun Rəhbərliyi regionlardakı sement satış məntəqələrində olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazax Sement Zavodunun Rəhbərliyi  regionlardakı sement satış məntəqələrində olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Qazax Sement Zavodu MMC-nin Rəhbərliyi şirkətin satış və marketinq əməkdaşları ilə birgə bayram ərəfəsində Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, İsmayıllı,  Ağsu, Göyçay, Ağdaş, Qəbələ, Şəki, Qax, Oğuz, Zaqatala, Balakən rayonları və ucqar kəndlərində Akkord Sement məhsullarının satışını həyata keçirən inşaat materialları mağazalarında olub.

 

Səfər zamanı şirkətin sement məhsullarının müxtəlif regionlarda satışının vəziyyəti, müştərilərə təqdim edilən məhsul və xidmətlərin səviyyəsi, həyata keçirilən kampaniyaların effektivliyi  ilə  maraqlanmış, eyni zamanda müştərilərin və ustaların rəy və təkliflərini dinləmişdir. Səfər zamanı Zavod Rəhbərliyi müştəriləri qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.   

 

Eyni zamanda müştərilərə şirkətin son dövrlərdə istehsalın həcminin artırılması, sement, beton, qum çınqıl istehsalı və satışı, ixracda əldə olunan uğurlar, satış,rebrendinq istiqamətində gələcək planlar, şirkətin həyata keçirdiyi sosial layihələr, və s haqda da geniş məlumat verilmişdir.

 

Səfər zamanı eyni zamanda şirkət tərəfindən satıcı və ustalara müxtəlif dəyərli hədiyyələr də təqdim edilmişdir.

 

Zavod Rəhbərliyinin rayon mərkəzlərində və ucqar kəndlərdə yerləşən satış məntəqələrinə səfər etməsi müştərilər tərəfindən xoş qarşılanıb. Rəhbərlik tərəfindən bu cür diqqət onlarda Qazax Sement Zavodu məhsullarının satışına marağı daha da artırır.

 

Növbəti günlərdə Zavod Rəhbərliyi satış menecerləri və marketinq əməkdaşlarının iştirakı ilə Respublikanın şimal və cənub regionlarına da səfər etməyi planlaşdırır.

15.06.2019 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ