Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərenerji" sədrinin qardaşının rəhbərlik etdiyi şirkətin gəlirləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərenerji" sədrinin qardaşının rəhbərlik etdiyi şirkətin gəlirləri azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“BAKELEKTRO” ASC 2018-ci ili 5 milyon 948 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 7 milyon 217 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə ASC-nin xalis mənfəəti 1 milyon 269 min manat və ya 17,6% azalıb. Səbəb şirkətin gəlirlərinin azalmasıdır.

 

Reklam_3_11

GƏLİRLƏRİ DƏ AZALIB

 

“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, “BAKELEKTRO”nun əsas əməliyyat gəlirləri 2017-ci ildə 53 milyon 338 min manat ikən, 2018-ci ildə 40 milyon 469 min manata düşüb (12 milyon 869 min manat və ya 24% azalıb).

 

31 Dekabr 2018-ci il tarixində “BAKELEKTRO” 25 milyon 108 min manat cəmi aktivlərə malik olub.

 

"Azərenerji"nin sədri olan Baba Rzayev əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

 

“Bakelektro” ASC 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası, orta və alçaq gərginlikli elektrik sistemləri, zəif axın, ehtiyyat elektrik sistemləri və avtomatika sistemlərinin layihəsi, quraşdırılması, sınaqdan keçirilməsi və servis işləri üzrə 20 ildən artıq təcrübəyə malikdir.

15.06.2019 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ