Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"S-300" və "S-400"ün yaradıcısı Bakıda hotel-muzey layihəsini həyata keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"S-300" və "S-400"ün yaradıcısı Bakıda hotel-muzey layihəsini həyata keçirir

Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" zenit raket komplekslərinin yaradıcısı olan azərbaycanlı alim, texnika elmləri doktoru İqor Aşurbəyli Bakıda hotel-muzey layihəsini həyata keçirir.

 

Reklam_3_11

Bunu İqor Aşurbəyli bildirib.

 

"Son iki ildə isə Azərbaycanda böyük layihə həyata keçirirəm. Bu, İçəri Şəhərdə, Qız Qalasının bir neçə addımlığında yerləşən hotel-muzey layihəsidir. Bildiyiniz kimi, mənim nəslimin nümayəndələri Azərbaycana ilk dəfə 1743-cü ildə gəliblər. İnqilab illərində Bakıda bizim 42 evimiz olub. Bunu 1913-cü ilin telefon nömrələri kataloqunu əldə edib görmək olar. Bu kataloqda Aşurbəyli soyadı ilə olan evlərin telefon nömrələri mövcuddur. Lakin təəssüflər olsun ki, bu evlərin hamısı sökülüb. İstəyirdik ki, Bakıda bir tarixi bina əldə edib, oranı soyumun başçısı olmuş Aşurxanın şərəfinə adlandıraq. Ona görə də, həmin hotel-muzey "Aşurxan Palace" adlanır. Bu layihədə Azərbaycan və Aşurbəylilər nəslinin 1743-cü ildən bu günə kimi olan tarixi öz əksini tapıb. Hotelin hər bir nömrəsi ayrılıqda Aşurbəylilər nəslinin bir nümayəndəsinə həsr olunacaq",- o deyib.

 

Əlavə edə ki, ilk kosmik dövlət olan "Asgardia"ın qurucusu olan İqor Aşurbəyli uzunmüddət "Almaz-Antey" hərbi sənaye kompleksinə rəhbərlik edib.

15.06.2019 10:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ