922 min ton taxıl yığılıb
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 15-nə olan operativ məlumata görə, ölkə ərazisində 304509,71 hektar ərazidə taxıl biçini aparılıb, 235628,1 hektar ərazidə arpa, 68881,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 922575,31 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,2 sentner təşkil edir.
Bərdə və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Zərdab, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29256 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Bərdə, Samux, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Neftçala | 31404 | 30610 | 27,2 |
Şəki | 21626,3 | 14680 | 34,0 |
Biləsuvar | 14900 | 14353 | 32,0 |
Sabirabad | 9600 | 9550 | 37,5 |
Zərdab | 5730 | 5729,5 | 30,6 |
Yevlax | 5082,5 | 5082,5 | 29,0 |
Cəlilabad | 4509,1 | 4390 | 35,1 |
Bərdə | 2568 | 2568 | 31,0 |
Beyləqan | 1765 | 1746 | 28,0 |
Samux | 3544 | 3386 | 34,7 |
Goranboy | 11500 | 9530 | 24,0 |
Qax | 2881 | 2537 | 26,0 |
Masallı | 2786 | 2638 | 20,5 |
Ağcabədi | 5637 | 5118 | 33,7 |
Füzuli | 8505 | 7859 | 30,6 |
Ağdam | 2215 | 1951 | 35,5 |
Tərtər | 3814,5 | 3198 | 34,0 |
İmişli | 6322 | 5491 | 32,3 |
Xızı | 1925 | 1385 | 17,0 |
Göyçay | 6851 | 5313 | 32,0 |
Salyan | 9917 | 8524 | 34,0 |
Ağdaş | 11473,1 | 8055 | 23,5 |
Saatlı | 5822 | 5533 | 36,8 |
Hacıqabul | 11008 | 9236 | 27,9 |
Siyəzən | 2516 | 1920 | 29,1 |
Balakən | 457,7 | 426 | 28,7 |
Cəbrayıl | 550 | 530 | 30,1 |
Lənkəran | 68 | 40,8 | 13,0 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl