Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Tramp 2020-də seçilsə Paueli təkrar Fed sədri təyin etməyəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tramp 2020-də seçilsə Paueli təkrar Fed sədri təyin etməyəcək"

Keçmiş Fed sədrinin köməkçisi Stenli Fişer (Stanley Fischer), Tramp-ın 2020-ci ildə yenidən ABŞ Prezidenti seçilməsi vəziyyətində Fed sədri Cerom Paueli (Cerom Powell) təkrar Fed sədri təyin etməyəcəyini söyləyib. 

 
"Marja" xəbər verir ki, Fişer, "Bu vəziyyət çox fərqli bir pul siyasətinə gətirib çıxaracaq, bu səbəbdən Fed siyasət müəyyən etməkdə tam müstəqil olmayacaq" deyib. 

Reklam_3_11

 

Fişer, Trampın Fed siyasətini tənqid edərək Pauel üçün "çox əlverişsiz bir vəziyyət" yaratdığını söyləyib və özünün də keçmişdə, 2005-2013 dövründə İsrail Mərkəzi Bankının sədri vəzifəsini icra edərkən bənzər bir vəziyyətlərlə qarşılaşdığını və çətin bir dövr keçirdiyini sözlərinə əlavə edib.

 

Tramp özünün seçərək təyin etdiyi Paueli dəfələrlə faizi yüksəltdiyi və iqtisadiyyata kafi dəstəyi təmin etmədiyi üçün tənqid edib.

17.06.2019 07:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ