Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq. 

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək. 

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti də açıqlanıb. Belə ki, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 18-də hava əsasən yağmursuz keçəcək.

 

Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.

17.06.2019 10:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ