Ən yuxarı statik reklam-3_3

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
 

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin May ayında azərbaycanlılar Türkiyədə 90 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin May ayında azərbaycanlılar Türkiyədə 75 mənzil almışdılar.

 

2019-cu ilin Yanvar-May dövründə (ilk 5 ayda) isə azərbaycanlılar Türkiyədə 464 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 332 idi. 

 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. May ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   594 mənzil. İraqlıların ardınca 509 mənzil ilə İran, 285 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər. 

 
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Türkiyədə mənzil satışları 2019-cu ilin May ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 31,3% azalaraq 82 252 olub. Xaricilərə satışlar isə illik  62,5% artaraq 3 925 təşkil edib.

 
2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

17.06.2019 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ