Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Səudiyyə Ərəbistanından neftlə bağlı mühüm açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanından neftlə bağlı mühüm açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih, OPEC və ortaqlarının ehtimalla İyul ayının ilk həftəsində keçiriləcək yığıncaqda hasilatın azaldılmasını ilin ikinci yarısına uzatmaq barədə razılaşacaqlarına ümid etdiyini söyləyib.

 

"Marja" xəbər verir ki, Xalid əl-Falih mətbuat mənsublarına verdiyi açıqlamasında, "Viyanada iki həftə ərzində təşkil edəcəyimiz yığıncaqda razılaşmamızı uzatmaq barədə bir fikirə gələcəyimizi ümid edirik" deyib. 


Səudiyyəli nazir, "Qrup ehtimalla İyulun ilk həftəsində toplanacaq və bazarın təkrar sabitləşməsini təmin edəcək", -əlavə edib. 

 

Əl-Falihin verdiyi açıqlamaya görə, qrupun lideri Səudiyyə Ərəbistanı qlobal neft bazarlarını 2020-ci ildən əvvəl balanslaşdırmaq (tələb və təklifi bərabərləşdirmək) istəyir. Əl-Falih, ilin ikinci yarısında tələbin mövsümi artmasının və neftayırma zavodlarının texniki qulluqdan sonra təkrar fəaliyyətə başlamalarının istehsal və istehlakın eyni xəttə gəlməsinə kömək olacağını sözlərinə əlavə edib. 

 

Ə-Falih, "Təməl göstəricilərin dorğu istiqamətdə irəlilədiyinə güvənim tamdır" deyib. 

 

İEA-DAN PESSİMİST PROQNOZ

 

Səudiyyəli nazirin bu açıqlamaları, Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal neft təklifinin gələn il tələbdən daha çox artacağı proqnozunu verməsindən və bunun da Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzərindəki təzyiqi daha da artıracağını açıqlamasından sonraya təsadüf edir. Beynəlxalq Enerji Agentliyinə görə, neft tələbindəki artım 2020-ci ildə gündəlik 1.4 milyon barelə yüksələcək, ancaq bu miqdar, ABŞ-da şist nefti istehsalında davam edən güclü artım ilə bərabər Braziliya, Norveç və Kanadadakı yeni sahələrin işə düşməsilə istehsaldakı gündəlik 2.3 milyon barellik artımdan geri qalacaq.

17.06.2019 12:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ