Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Huawei-nin ağıllı telefon satışında kəskin azalma gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Huawei-nin ağıllı telefon satışında kəskin azalma gözlənilir

Tramp-ın qadağanları səbəbilə Apple-ın rəqibi Huawei-nin satışlarında kəskin azalmalar ola biləcəyi nəzərdə tutulur


 

Domald Trampın rəhbərlik etdiyi ABŞ hökuməti tərəfindən "qara siyahı"ya daxil edilən Çinin "Huawei Technologies Co." şirkəti,  beynəlxalq ağıllı telefon satışlarında 40 - 60% civarında azalma gözləyir.

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, mövzuya yaxın mənbələrə görə, Çinin ən böyük texnologiya şirkəti yeni çıxan Honor 20  modeli üçün satış variantları axtarışındadır.

 

Məhsulun Fransa və Birləşmiş Krallıq da daxil olmaqla 21 İyunda Avropanın bəzi bölgələrində satışı başlayacaq; lakin adının açıqlanmasını istəməyən sifarişçilər satışların gözləniləndən aşağı olması halında sifarişləri ləğv edəcəklərini açıqlayıblar. 

 

Mövzu ilə əlaqəli iki nəfər, Fransanın iki böyük şirkətinin hal-hazırda Honor modelinə dair çətinlikləri olduğunu qeyd ediblər.

 

ABŞ May ayında Huawei-ni "qara siyahı"ya daxil edərək işlərini davam etdirə bilməsi üçün ehtiyacı olan Amerika ehtiyat hissələrini və proqramlarını əldə etməsini məhdudlaşdırmışdır. Buna Google Android sistemdəki yenilənmələr də daxildir. Söz mövzusu proqram olmadan Honor 20 kimi məhsullarda Google Maps ya da Gmail kimi kritik proqramlar çalışmır.

17.06.2019 13:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ