Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan bankı adını dəyişir - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı adını dəyişir - YENİLƏNİB

“Nikoil Bank” ASC adının “Yellow Bank”a dəyişdiriləcəyi bildirilir.

 

"Report un yaydığı məlumata görə, bu barədə Bankdakı mənbə bildirib.

 

“Nikoil Bank”dan "Marja"ya bildirildi ki, “Nikoil Bank” adının “Yellow Bank”a dəyişdirilməsi barədə məlumat səhvdir: "Hazırda Bankın adının dəyişdirilməsi nəzərdə tutulmur".

 

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. 

 

Xəbər verdiyimiz kimi, 2019-cu ilin Yanvar ayında Gürcüstanın bank sektorunun lideri "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb.

 

“Marja”nın məlumatına görə, bu barədə "TBC Bank"ın 2018-ci il üzrə illik hesbatında bildirilir.

 

Qeyd edilib ki, Saziş "TBC Bank"ın Azərbaycanda biznesinin inkişafına yönəlib və Bankın Azərbaycanda törəmə müəssisəsi olan “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsini nəzərdə tutur.

 

Məlumata görə, birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olur. Həmçinin sazişə görə, qarşıdakı 4 il ərzində "TBC Bank"ın öz iştirak payını 50%+1 səviyyəsinə qaldıra bilər.

 

4 illik kapital qoyuluşu planına görə, "TBC Bank" hər il “Nikoyl Bank”a 3-5 milyon ABŞ dolları arasında sərmayə qoyacaq.

 

"TBC Bank" "Nikoyl Bank"ın idarə heyətində təmsil olunacaq və birləşmə nəticəsində yaranacaq yeni Bankın strategiyasının inkişafında və icrasında həlledici rol oynayacaq. "TBC Bank" Gürcüstanda qazandığı təcrübdən “Nikoyl Bank”ın idarə edilməsində istifadə etmək niyyətindədir. "Nikoil Bank"ın tamamilə rəqəmsal banka çevrilməsi hədəflənir. "TBC Bank", pərakəndə və KOS  bazarlarında "Nikoyl Bank"ın böyüməsini dəstəkləyəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

18.06.2019 07:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ