Azərbaycan bankı adını dəyişir - YENİLƏNİB
“Nikoil Bank” ASC adının “Yellow Bank”a dəyişdiriləcəyi bildirilir.
"Report un yaydığı məlumata görə, bu barədə Bankdakı mənbə bildirib.
“Nikoil Bank”dan "Marja"ya bildirildi ki, “Nikoil Bank” adının “Yellow Bank”a dəyişdirilməsi barədə məlumat səhvdir: "Hazırda Bankın adının dəyişdirilməsi nəzərdə tutulmur".
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin Yanvar ayında Gürcüstanın bank sektorunun lideri "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb.
“Marja”nın məlumatına görə, bu barədə "TBC Bank"ın 2018-ci il üzrə illik hesbatında bildirilir.
Qeyd edilib ki, Saziş "TBC Bank"ın Azərbaycanda biznesinin inkişafına yönəlib və Bankın Azərbaycanda törəmə müəssisəsi olan “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsini nəzərdə tutur.
Məlumata görə, birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olur. Həmçinin sazişə görə, qarşıdakı 4 il ərzində "TBC Bank"ın öz iştirak payını 50%+1 səviyyəsinə qaldıra bilər.
4 illik kapital qoyuluşu planına görə, "TBC Bank" hər il “Nikoyl Bank”a 3-5 milyon ABŞ dolları arasında sərmayə qoyacaq.
"TBC Bank" "Nikoyl Bank"ın idarə heyətində təmsil olunacaq və birləşmə nəticəsində yaranacaq yeni Bankın strategiyasının inkişafında və icrasında həlledici rol oynayacaq. "TBC Bank" Gürcüstanda qazandığı təcrübdən “Nikoyl Bank”ın idarə edilməsində istifadə etmək niyyətindədir. "Nikoil Bank"ın tamamilə rəqəmsal banka çevrilməsi hədəflənir. "TBC Bank", pərakəndə və KOS bazarlarında "Nikoyl Bank"ın böyüməsini dəstəkləyəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
3 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
5 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb