Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Toxum emalı müəssisəsi inşa edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toxum emalı müəssisəsi inşa edilir

Qarabağ bölgəsində toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilərək əkinə hazırlanması məqsədilə Ağcabədidə Dövlət Toxum Fondunun emal müəssisəsi inşa edilir.

 

Hüsülü kəndi ərazisində inşa edilən dənli bitkilərin emalı zavodu üçün 1,1 hektar ərazi ayrılıb. Burada taxıl təmizləmə bloku, ikimərtəbəli inzibati bina, nəzarət-buraxılış məntəqəsi, tərəzi otağı, anbar, içməli və yanğın əleyhinə su anbarları və sair yaradılır. Zavodun emal bölməsində 5 ədəd toxumtəmizləyici dəzgah quraşdırılacaq. Sonuncu dəzgahdan təmiz halda çıxan toxum dərmanlanaraq kisələrə doldurulacaq.

 

Saatda 5 ton toxum emal etmək gücünə malik müəssisənin inşasının növbəti taxıl səpininə qədər başa çatdırılması nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması Qarabağ bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

©Azərtac 

18.06.2019 09:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ