Sabah Dollara təsir edə biləcək kritik qərar açıqlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah Dollara təsir edə biləcək kritik qərar açıqlanacaq

ABŞ Mərkəzi Bankının (Fed) bu həftə verəcəyi faiz qərarı qlobal bazarların ən əhəmiyyətli gündəmi olaraq önə çıxır. 


"Marja" xəbər verir ki, sabahkı yığıncaqda faizdə (2,50%) dəyişiklik gözlənilmir. Amma Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.

 

ING analitikləri, "Ticarət gərginliyinin artması ehtimal olunarkən, Fed bu yığıncaqda bazar gözləntilərini təsdiqləyərək faiz endirimlərinin ola biləcəyinə dair siqnal verə bilər" ifadəsini istifadə ediblər. Qeyd edək ki, bazarlarda Fed-in İyulda faiz endirəcəyi gözlənilir. 

 

Analitiklər, Fed-in 2018-ci ildə 4 dəfə faiz artdığını, bu il isə daha ehtiyatlı mövqedə qaldığını ifadə edərək, "Prezident Trampın digər ölkələrlə ticarət mövzusundakı anlaşılmazlıqlarının iqtisadi təsirlərinə dair narahatlıqlar, iqtisadi artımda aşağı istiqamətli risklərin davam etdiyinə işarə edir. Sabah Fed-in  faiz endirimlərinin yaxın olduğu siqnalı verəcəyini gözləyərik. Bazarlar İyulda 25 bənd və gələcək 12 ayda da 3 dəfə faiz endirimi gözləyir",- qeyd ediblər.

 

Fed faiz qərarının sabah Bakı vaxtı ilə 22:00-da açıqlayacaq. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaqdır.

18.06.2019 10:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ