Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Su anbarında çimərlik yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Su anbarında çimərlik yaradılıb

İsti yay günlərində muxtar respublika sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Naxçıvanda Uzunoba Su Anbarında yaradılan çimərlikdir.

 

Reklam_3_11

İyunun 17-də növbəti çimərlik mövsümünün açılışı olub.

 

Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahə 10 min kvadratmetr olmaqla uzunluğu 255, eni 55, su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-14 metrdir. Uşaqlar üçün nəzərdə tutulan sahə 1925 kvadratmetr, uzunluğu 60, eni 35, su hissəsinin dərinliyi isə 3 metrdir. Hər iki sahədə suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub. İstirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə marşrut xidməti fəaliyyət göstərir.

 

Çimərlik istirahət zonasında insanların təhlükəsizliyi də nəzərə alınıb, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sularda xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır. Xidmət zamanı sahildəki müşahidə qülləsindən ətrafa davamlı nəzarət olunur. Hər hansı qayda pozuntusu qeydə alınarsa səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.06.2019 13:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ