Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xəzinə 25 milyon manat borclandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 25 milyon manat borclandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. 


Hərrac zamanı 21 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 94.3688 AZN (6.0001%) olan 25 sifariş təqdim edilmişdir. 

Reklam_3_11


Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.7530 AZN (6.6999%), orta ölçülmüş qiyməti 93.8119 AZN (6.6326%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 962 min 800 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.


İstiqrazların ödəmə tarixi  16 iyun 2020-ci  il. 


Hərrac iştirakçıları 19 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

 

18.06.2019 15:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ