Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp Avropa və Çini valyutalarını zəiflətməklə günahlandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Avropa və Çini valyutalarını zəiflətməklə günahlandırdı

ABŞ Prezidenti Donald Tramp, Avropa Mərkəzi Bankı və Çinin valyutalarını zəiflədərək iqtisadi üstünlük təmin etməklə günahlandırdı



 
ABŞ Prezidenti Donald Tramp, Avro Bölgəsi və Çini iqtisadi üstünlük təmin etmək üçün valyutalarını zəiflətməklə günahlandırıb.O, Fed rəsmilərinin Vaşinqtonda iclasa hazırlaşmalarından qısa bir müddət əvvəl Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi-nin maddi təşviqlazım olacağına dair açıqlamasına diqqəti çəkib.
 


"Marja" xəbər verir ki, Tramp Çərşənbə günü "Twitter" vasitəsilə verdiyi açıqlamasında, "Mario Draghi əlavə stimulların (təşviqlərin) gələcəyini açıqlayıb və bu avronun dollar qarşısında düşməsinə səbəb oldu. Bu vəziyyət haqsız bir şəkildə ABŞ ilə daha rahat rəqabət etmələrinə səbəb olur. Çin və digərləri ilə birlikdə illərdir bu yol ilə gedirlər", - bildirib.
 

Trampın bu "Twitter" mesajı, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başlayacaq və sabah başa çatacaq toplantısından bir neçə saat əvvəl və Draghi-nin Avro Bölgəsi iqtisadi mənzərəsinin pisləşməsi halında əlavə stimulların lazım olacağına dair açıqlamasından bir neçə saat sonra yazıb.
 

Avro dollar qarşısında düşüb və 0.2 faiz azalma ilə 1.1193 səviyyəsinə enib. 

18.06.2019 16:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ