Bir sıra büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqları artırıldı

Prezident İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb.


"Marja" xəbər verir ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq:

 

-Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

 

-Heydər Əliyev Mərkəzi;

-“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

-Azərbaycanda Atatürk Mərkəzi;

-Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

-Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

-Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

-Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

-Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

-Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

 

Həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq.

 

Yuxarıdakı qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğləri təsdiq ediləcək.

18 İyun 2019 , 19:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin