Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kritik Fed toplantısından nə gözlənilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik Fed toplantısından nə gözlənilir?

ABŞ Mərkəzi Bankı (Fed) iki günlük İyun toplantısının ardından bu gün siyasət qərarını verəcək. 
 
  
"Marja"nın məlumatına görə, analitiklər bildirirlər ki, zəif inflyasiya, pisləşən iqtisadi artım və ABŞ ticarət siyasəti qeyri-müəyyənliyi ABŞ Mərkəzi Bankını faiz endirməyə məcbur edə bilər. Fed bu gün faizin endirilməsi barədə qərar verməsə də, böyük ehtimalla İyul və ya Sentyabr iclasında faiz endirəcəkdir. 

 
İnvestorlar Fed-in faiz endiriminə hazır olduğunu göstərməsi üçün bəyanatına və mətbuat konfransına fokuslanacaqdır.


Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.

 

ING analitikləri, "Ticarət gərginliyinin artması ehtimal olunarkən, Fed bu yığıncaqda bazar gözləntilərini təsdiqləyərək faiz endirimlərinin ola biləcəyinə dair siqnal verə bilər" ifadəsini istifadə ediblər. 


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Analitiklər, Fed-in 2018-ci ildə 4 dəfə faiz artdığını, bu il isə daha ehtiyatlı mövqedə qaldığını ifadə edərək, "Prezident Trampın digər ölkələrlə ticarət mövzusundakı anlaşılmazlıqlarının iqtisadi təsirlərinə dair narahatlıqlar, iqtisadi artımda aşağı istiqamətli risklərin davam etdiyinə işarə edir.  Fed-in  faiz endirimlərinin yaxın olduğu siqnalı verəcəyini gözləyərik. Bazarlar İyulda 25 bənd və gələcək 12 ayda da 3 dəfə faiz endirimi gözləyir",- qeyd ediblər.

 

Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaqdır.

 

Fed-in faizi 2,50% səviyyəsindədir.

19.06.2019 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ