200 manatdan aşağı pensiya alanlara şad xəbər - BU TARİXDƏN PENSİYA ARTIR
1 oktyabr 2019-cu il tarixində Azərbaycanda minimum pensiya 200 manata qaldırılacaq.
"Marja"nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
"Cənab Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Həmin dəyişikliklərə görə, ölkədə minimum pensiyanın məbləği 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaqdır. Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcəkdir.
Minimum pensiya nə deməkdir?! Bu o deməkdir ki, 1 oktyabr 2019-cu il tarixindən Azərbaycanda 200 manatdan aşağı pensiya alan olmayacaqdır. Yəni, 200 manatdan aşağı pensiya alan təqaüdçülərin pensiyaları artırılaraq 200 manata çatdırılacaqdır".
200 manatdan yuxarı pensiya alanların pensiyalarında dəyişiklik olmayacaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Anar Əliyev əlavə edib ki, minimum pensiyanın məbləği qanunla tənzimləndiyindən ölkə baçısı müvafiq qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Artıq qanun layihəsi Milli Məclisə göndərilib. Bu artımın maliyyə həcmi illik 200 milyon manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
13 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
16 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
16 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 19 saat əvvəl
- 20 saat əvvəl