Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Marcom” və “Cubics” şirkəti strateji tərəfdaş oldular

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” və “Cubics” şirkəti strateji tərəfdaş oldular

Daima yeni marketinq alətləri üzərində çalışan “Marcom” Marketinq və Kommunikasiya şirkəti qabaqcıl cloud (bulud sistemi) üzərindən CRM platformaları təklif edən Cubics Technology şirkəti ilə strateji tərəfdaş olub.

 

Reklam_3_11

Hər iki şirkət müxtəlif istiqamətdə fəaliyyət göstərən bazar iştirakçılarının CRM platformalarından istifadəsini əlçatan etmək üzərində çalışacaqlar.

 

Cubics Technology şirkətinin icraçı direktoru Hacıağa Hacının sözlərinə görə bu istiqamətdə strateji tərəfdaş tapmaq olduqca çətin məsələdir.

 

“Biz Marcom şirkətinin fəaliyyətini çoxdan izləyirdik. Şirkətin bazarda formalaşdırdığı dəsti xətt və layihələrə yanaşması bizim diqqətimizi cəlb etdi. Daha sonra şirkət olaraq CRM Platformaları ilə bağlı fikir mübadiləsi apardıq və anladıq ki, bu istiqamətdə yeni həll yolları təqdim edərək şirkətlər üçün CRM platformalarını daha əlçatan edə bilərik. Bu gün bazarda fəaliyyət göstərən bir çox şirkətlər istifadə etdikləri bahalı və limitli funksionallığı olan CRM platformalarından istifadə etməkdə davam edirlər. Yaranmış hər hansı bir problemi həll etmək istədikdə isə dil baryeri, ölkələrarası saat fərqi və işə operativ yanaşmada müəyyən problemlər yaşayırlar. Şirkətlərin bu və digər problemlərin həlli üçün iki şirkət olaraq səylərimizi birləşdirməyi qərara almışıq.”

 

Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev isə şirkətlərarası imkanlardan danışaraq bunları söyləmişdir:

 

“CRM Platformalar bazarının inkişafı və bu istiqamətdə ən son texnologiyaların tətbiqi, o cümlədən hər kəs üçün əlçatan olması bizim üçün çox önəmli məsələdir. Mən çox şadam ki, Marcom şirkəti olaraq bazarda bulud sistemi üzərindən CRM platforması təklif edən şirkətə marketinq və kommunikasiya istiqamətində dəstəyimizi göstərəcəyik. Biz həmçinin bu sahənin inkişafı və sahibkarların maariflənməsi üçün də müvafiq marketinq addımları atmağı planlaşdırırıq.”

 

Qeyd edək ki, hər iki şirkət bazarda öz sahəsi üzrə məhsul yaratmaqla məşğuldur. Tərəflər növbəti mərhələdə bazar iştirakçılarının tələblərinə uyğun olaraq yeni həll yolları təqdim etmək üzərində çalışacaqlar.

 

19.06.2019 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ