Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial mənzil üçün axın oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial mənzil üçün axın oldu

“Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə martın 10-dan etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir.

 

Bu barədə  Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin və “ASAN xidmət”in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilib.

 

Bunlardan 1735 nəfər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, 837 nəfər isə “108” Çağrı mərkəzinə zəng etməklə, güzəştli mənzilin əldə edilməsi ilə bağlı ətraflı məlumat əldə edə bilib.

 

“ASAN xidmət” mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə “108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir. Müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilən və agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının güzəştli mənzillərlə bağlı suallarının “ASAN xidmət” mərkəzlərində cavablandırılması prosesini uğurla davam etdirir.

 

13.03.2017 09:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ