Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Buta Airways”in Kiyev reyslərində dəyişiklik

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buta Airways”in Kiyev reyslərində dəyişiklik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək. Bu barədə “Marja”ya “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

 

Reklam_3_11

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə −  çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

 

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
 

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

19.06.2019 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ