SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

 

Türkiyə KİV-ləri xəbər verir ki, yeni şirkətin rəhbərliyinə Gunter Seymus təyin edilib.

 

Onun SOCAR-ın Türkiyə və digər ölkələrdəki şirkətlərində 10 ildən çox çalışdığı, 2016-cı ilin may ayından “SOCAR Turkey”də müşavir olduğu bildirilib.

 

Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.

 

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan "EWE Turkey Holding" 2017-ci ilin sonundan etibarən, təxminən, 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report” 

19.06.2019 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ