Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qərbi Abşeron”da növbəti quyuda qazma işlərinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qərbi Abşeron”da növbəti quyuda qazma işlərinə başlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR AQŞ” şirkəti “Qərbi Abşeron” yatağında 10 saylı stasionar dəniz özülündən layihə dərinliyi 770 m olan 10 nömrəli quyuda qazma işlərinə başlayıb.

 

Reklam_3_11

Şirkətin yaydığı məlumatda bildirilir ki, 10 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

 

Bununla yanaşı, ilk dəfə olaraq “Qərbi Abşeron” yatağının tam potensialını aşkara çıxarmaq məqsədi ilə “SOCAR AQŞ” müasir beynəlxalq standartlara cavab verən avadanlıqlarla yataqda geoloji, geofiziki ölçü işlərinin aparılmasını və kern nümunələrinin götürülməsini həyata keçirəcək.

 

“Əminik ki, dəyərlərinə daim sadiq qalan “SOCAR AQŞ” həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”,- məlumatda deyilir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

 

“SOCAR AQŞ”nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.

19.06.2019 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ