Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Malların idxalı üçün verilən müddət uzadıla bilər - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Malların idxalı üçün verilən müddət uzadıla bilər - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

 

Reklam_3_11

“Marja”nın əldə etdiyi məlumata görə, müraciət malların idxalı üçün verilən müddətin uzadılması ilə bağlıdır.

 

Qaydalara görə, idxal müqaviləsi üzrə ödəniş aparıldığı gündən 270 gün müddətində mallar ölkəyə idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Əks halda idxalçı cərimələnir.

 

Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.

 

Qaydaların sahibkarlara əngəl törətdiyini nəzərə alan Palata müddətin uzadılmasını təklif edir. Nazirlər Kabineti Palatanın müraciətini müsbət həll edərsə, sahibkarların cərimələnməsi riski azalar.

 

Qeyd edək ki, bundan əvvəl də Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə müddət 180 gündən 270 günə artırılmışdı.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 2016-cı ilin Dekabr ayında təsdiq edilib.

19.06.2019 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ